Türkiyə, İran və Rusiya XİN rəhbərlərinin görüşünün tarixi məlum olub


Dünya 19 Fev 2018 22:24:00 265 2

Türkiyə, İran və Rusiya XİN rəhbərlərinin görüşünün tarixi məlum olub

Türkiyə, İran və Rusiya xarici işlər nazirlərinin görüşü martın 14-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ bildirib.

"Türkiyə, İran və Rusiya XİN rəhbərlərinin Suriya üzrə üçtərəfli görüşü martın 14-də Astanada baş tutacaq", deyə B.Bozdağ qeyd edib.