Kazanda beynəlxalq türk kinosu festivalı keçiriləcək


Digərləri 19 Fev 2018 21:42:47 161 0

Kazanda beynəlxalq türk kinosu festivalı keçiriləcək

Forum dünyanın 7 ölkəsinin türk kinematoqrafiyasının nailiyyətlərini təqdim edəcək

Bu ilin 21-25 mart tarixləri arasında Kazanda ilk dəfə Türk Kino Festivalı keçiriləcək.

“Report” xəbər verir ki, kinoforumda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkmənistan, Türkiyə və Özbəkistan nümayəndələri iştirak edəcəklər.

Festival iştirakçıları Novruz bayramının qeyd olunmasında iştirak edəcəklər. Forum çərçivəsində Türk Dünyası Kino Assosiasiyasının icra komitəsinin iclası da keçiriləcək.

Festivalda mükafat verilməyəcək, onun hazırkı vəzifəsi maarifləndirməkdir. Kinematoqrafçıların etirafına görə, onlar üçün salonun tamaşaçı ilə tam dolması əsas mükafat sayılcaq.