Lənkəran sakini yenot tutub


Digərləri 19 Fev 2018 20:00:00 348 0

Lənkəran sakini yenot tutub

Lənkəran rayon sakini yenot tutub.

Son.az APA-ya istinadən xəbər verir ki,  daha çox meşə ərazisində rast gəlinən bu heyvanı rayonunun Separadi kənd sakini Tarverdi Məmmədov həyətyanı sahəsində gecə saatlarında görüb. O, itlərin hürüşməsi ilə əlaqədar həyətə düşdükdə bu canlı ilə rastlaşıb.

İtlər heyvana həm zərər verməsin deyə T. Məmmədov yenotu götürərək saxlayıb və daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarına bu barədə məlumat çatdırıb. Yenot Hirkan Milli Parkına təhvil verilib.