MSK daha bir nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib


Digərləri 19 Fev 2018 16:32:00 146 0

MSK daha bir nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib

Namizədliklərinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 13-ə çatıb

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Ramazan Ələkbər oğlu Bəkirovun namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsinə baxılıb.

“Report”un xəbərinə görə, iddiaçı ilə bağlı MSK Katibi Arifə Muxtarova məlumat verib. O, R.Bəkirovla bağlı məlumatları diqqətə çatdırıb.

A.Muxtarova deyib ki, R.Bəkirovun namizədliyinin irəli sürülməsinin təsdiq olunması üçün əsaslar var.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Bununla da namizədliklərinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 13-ə çatıb.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.