İki ayın gəlini taksiyə oturub əvvəlki sevgilisinə qaçdı


Digərləri 19 Fev 2018 15:20:00 281 0

İki ayın gəlini taksiyə oturub əvvəlki sevgilisinə qaçdı

Göygöl rayonunda 2 ayın gəlini evdən qaçıb. Rayonunun Mollacəlilli kəndində 20 yaşlı Asiya Ağakişiyeva 9 gündür axtarılır. Qayınatası gəlinini fen almaq üçün mağazaya aparıb, sonradan isə onun həmin yerdən bir taksi ilə uzaqlaşdığını görüb. Asiyanın qayınatası Tanrıverdi Bayramov  müsahibəsində gəlininin qardaşı arvadının əli ilə qaçdığını deyib. O, gəlinini fen almaq üçün mağazaya apardığını, oradan isə taksiyə minib getdiyini deyir.

"Mağazada kamera var. Gəlin maşından düşüb, mağazaya girir. Yuxarı çıxıb sonra düşür, mənim arxamda bir taksiyə oturur, gedir Gəncəyə. Asiya orada taksidən düşüb parka girir. Düşdüyü yer də aydın görünür. Düzülüb-qoşulmuş işdir".

Qayınatası gəlininin nikahdan əvvəl bir nəfərlə münasibətinin olduğunu deyir. T.Bayramov bu barədə ona gəlinin qardaşı arvadının məlumat verdiyini bildirib.

Son.az xəbər verir ki, Asiya Ağakişiyevanın anası Gümanə Ağakişiyeva publika.az-a açıqlamasında iddialara cavab verib: