Yağışlardan sonra Bayılda SON DURUM


Digərləri 19 Fev 2018 12:08:00 236 0

Yağışlardan sonra Bayılda SON DURUM

Dünən və bu gün yağan yağışın təsirindən Bayıl yamacında - Teleqülləninin yaxınlığındakı sürüşmə sahəsində torpaq qatı daha da ağırlaşıb.

Son.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, ərazidə sürüşmə prosesinin bitdiyini demək olmaz. Hazırda ərazidə sürüşmə prosesi aktiv fazadadır: "Dünən və bu gün atmosfer yağntılarının miqdarı çox olduğundan burada torpaq qatı bir az da ağırlaşıb. Amma hələ ki, elə bir ciddi dəyişiklik hiss etməmişik".