Daha bir partiya sədri Prezidentliyə namizədliyini irəli sürüb


Digərləri 19 Fev 2018 10:54:00 138 0

Daha bir partiya sədri Prezidentliyə namizədliyini irəli sürüb

Bu barədə qərar partiya Məclisinin iclasında qəbul edilib

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

“Report”un xəbərinə görə, bu barədə qərar partiya Məclisinin iclasında qəbul edilib.

Ə.Əliyev namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcək.

Xatırladaq ki, MSK indiyədək 13 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri aprelin 11-nə təyin edilib.