Sabunçuda bir gecədə üç qonşunun evindən oğurluq edən şəxs saxlanılıb


Digərləri 19 Fev 2018 09:58:00 203 0

Sabunçuda bir gecədə üç qonşunun evindən oğurluq edən şəxs saxlanılıb

Sabunçu qəsəbəsi şəhər Şossesi küçəsində yerləşən paytaxt sakini Xanoğlan Hadıyevə məxsus fərdi yaşayış evindən oğurluq edilib.

Bakı. Sabunçu qəsəbəsi şəhər Şossesi küçəsində yerləşən paytaxt sakini Xanoğlan Hadıyevə məxsus fərdi yaşayış evindən oğurluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə ev sahibi Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə məlumat verib. Şikayətçi fevralın 16-da evdə olmadığı müddətdə mənzilin pəncərəsinin qırıldığını oradan 4 min manat dəyərində qızıl-zinət əşyaları və 280 manat pul oğurlandığını bildirib. 12-ci Polis Bölməsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən həmin qəsəbədə yaşayan Quba rayon sakini Elmin İsayev tutulub. Saxlanılan şəxs ifadəsində oğurluq etdiyi evin sahibi ilə qonşu olduğunu və həmin evdə heç kimin yaşamadığını bildiyi üçün oradan oğurluq etdiyini bildirib.