Fransanın caz musiqiçisi Didye Lokvud vəfat edib


Digərləri 19 Fev 2018 06:22:34 179 0

Fransanın caz musiqiçisi Didye Lokvud vəfat edib

İfaçının ölüm səbəbi açıqlanmır

Fransanın caz musiqiçisi Didye Lokvud 63 yaşında vəfat edib.

“Report” "Franc Press"ə istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib.

Caz ifaçısının ölüm səbəbi açıqlanmır.

Musiqiçi 1956-cı ildə Kale şəhərində dünyaya göz açıb. O, öz karyerası ərzində 20-dən çox caz albomu buraxıb.