Gəncədə nişan üzüyü geri qaytarılan oğlan


Digərləri 18 Fev 2018 23:54:00 737 0

Gəncədə nişan üzüyü geri qaytarılan oğlan

Gəncə şəhərində nişan üzüyü geri qaytarılan gənc oğlan intihara cəhd edib.

Son.az "Report"a istinadən bildirir ki,1994-cu il təvəllüdlü Gəncə şəhər sakini İbrahim Hüseynzadə canına qəsd məqsədi ilə özünü bıçaqlayıb.

Qarın nahiyəsindən 1 bıçaq yarası alan oğlan Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Əməliyyat olunan kişinin vəziyyəti orta-ağırdır.