Kağız salfet sağlamlıq vəziyyətini izləyə biləcək


Digərləri 18 Fev 2018 23:26:00 331 0

Kağız salfet sağlamlıq vəziyyətini izləyə biləcək

Kağız salfet sağlamlıq vəziyyətini izləyə biləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu, yeni ixtira sayəsində mümkün olacaq.

Kağız salfetin mikroməsaməli sellüloz lifləri və karbon nanoborularından ibarət strukturu ona elektrik keçiricilik qabiliyyəti verir və onu mexaniki təsirlərə qarşı olduqca həssas edir. Bu da salfetin enerjinin saxlanması və elastik elektronika sahəsində böyük potensiala malik olduğunu göstərir.

ABŞ-ın Vaşinqton Universitetinin mühəndisləri salfetin unikal xüsusiyyətlərindən istifadə edərək, onu müxtəlif xəstəliklərin diaqnostikası üçün nəbz, göz almasının fırlanma sürəti və insan bədəninin digər hərəkətlərini ölçən həssas sensora çeviriblər. Onlar salfeti su ilə hopduraraq, onu ikitərəfli plastırın köməyilə insanın biləyinə yapışdırıblar və ona pyezorezistiv elementlər birləşdiriblər. Paralel və perpendikulyar yerləşdirilmiş sellüloz lifləri təzyiq altında dartılmağa başlayıb ki, bunun sayəsində sensorun həssas elementləri nəbzi ölçə biliblər.