Allah Təala niyə Həzrət İbrahindən nifrin etməməsini istədi?


Digərləri 18 Fev 2018 23:10:00 337 0

Allah Təala niyə Həzrət İbrahindən nifrin etməməsini istədi?

Quranda belə bir ayə vardır: "Beləcə İbrahimə (atasının və qövmünün azğınlıqda olmasını öyrətdiyimiz kimi, Özümüzün) göylərə və yerə olan tam malikiyyət və rübubiyyətimizi (də) göstərirdik (ki, dəlilgətirmə məqamında elmli və bacarıqlı olsun) və (həmçinin) inananlardan olması üçün". ("Ənam" 75).

Son.az deyerler.org-a istinadən bildirir ki, bu ayə ilə bağlı hədis vardır və həmin hədisdə oxuyuruq: "O zaman ki, Allah İbrahimin (ə) gözünün önündə olan pərdələri götürdü, İbrahim (ə) yerdə və göydə olanları görməyə başladı. İbrahim (ə) yerə nəzər saldı və iki nəfəri zina ilə məşğul olan halda gördü, onları nifrin etdi. Bu zaman hər ikisi həlak oldular.

Sonra yenə yerə nəzər saldı və başqa iki nəfəri bu halda gördü və nifrin etdi. Onlar da həlak oldular.

Üçüncü dəfə də iki nəfəri bu halda görəndə Allahdan xitab gəldi: "Öz nifrinini Mənim bəndələrim və kənizlərimin üzərində götür. Mən bağışlayan, mehriban, səbirli və cəbbaram. Bəndələrimin günahları Mənə ziyan vurmur, necə ki, itaətləri Mənə fayda vermir.