Ethereum nədir: Bitcoinin taxtını


Digərləri 18 Fev 2018 22:50:00 304 0

Ethereum nədir: Bitcoinin taxtını

Kriptovalyuta exo sisteminin gətirdiyi yeniliklər içərisində bəlkə də ən maraqlı və bir çox insan üçün ən qarışıq olan Ethereum-u sizlər üçün araşdırdıq. Adını ilk eşitdiyimiz gündən etibarən səssiz-sədasız inkişafını izlədiyimiz bu yeniliyi sizlərlə bölüşməyin və diqqətlərinizi üzərinə çəkməyin vaxtının gəldiyini düşünürük.

Ethereum nədir?

İlk dəfə Cənubi Amerika Bitcoin Konfransında qurucusu Vitalik Buterin tərəfindən təqdimatı həyata keçirilən və özlərinin belə gözləmədiyi böyük bir marağa səbəb olan Ethereum xaricdən baxıldığında bir "altcoin" kimi görünsə belə əslində digər altcoinlərə nəzərən daha çox yeniliyə sahib olan bir sistemdir. Son.az banco.az-a istinadən bildirir ki, tək bir cümlə ilə aydınlaşdırmaq lazım gələrsə, Ethereum Layihəsi ana güc qaynağı ETH (kriptovalyuta) olan bir Kripto Əməliyyat Sistemidir. Bitcoin-in blockchain məntiqindən yola çıxaraq yaradılan Ethereum platforması, özünə xas xüsusi bir əməliyyat dilindən istifadə edərək bu əməliyyat sistemi üzərində "mərkəzi olmayan" əməliyyat protokollarının inkişaf etdirilməsinə imkan yaratmaqdadır. Bu protokolların hesabına eyni ana əməliyyat sistemi daxilində və tək bir blockchain üzərindən qəbul olunmuş müqavilələrdən istifadə olunaraq minlərlə altcoin yaratmaq mümkün ola biləcək. Əksər insanlar Ethereum-u bu şəkildə ifadə edirlər: "Bitcoin Vol 2".

Bitcoin-in taxtını əlindən alacaqmı?

Exo sistemdə uzun müddət müzakirə olunan və zaman-zaman müxtəlif reaksiyalara səbəb olan bir məsələ də Ethereum-un Bitcoin-ə alternativi, hətta onu taxtından edəcək bir kriptovalyuta sistemi olub-olmaması sualı idi. Lakin Ethereum heyəti tərəfindən verilən açıqlamada bu sualı açıq bir şəkildə aydınlaşdırmış oldu. Buterin tərəfindən verilən müxtəlif açıqlamaların xülasəsi belədir:

Vitalik Buterin"Əgər kriptovalyutalar ilə dünyada mövcud olan dəyərli mənbələri qarşılaşdırırıqsa və Bitcoin-i QIZIL, Litecoin-i GÜMÜŞ olaraq qəbul ediriksə, Ethereum BENZİN-dir. Çünki Ethereum-un altında yatan texnologiya dünyanın internet sistemindəki enerji qaynağı olacaqdır. Dünyada benzin necə bir sektor və texnologiyada tətbiq olunursa, Ethereum texnologiyası üçün də eyni şeylər keçərlidir. Bu səbəblə biz Ether-i "kripto yanacaq" olaraq adlandırırıq. Ethereum platformasının ehtiyyac duyduğu enerji Ether (ETH) ilə təmin olunacaq."

Buradan da aydın bir şəkildə məlum olduğu kimi, Ethereum-un Bitcoin-in taxtında gözü yoxdur. Onsuzda Ethereum heyətini araşdırdığımızda hamısının Bitcoin-in ilk zamanlarından bu yana Bitcoin cəmiyyəti daxilində yer alan proqramçı beyinlər olduğunu görürük.