Zərrəcikdən böyük planetə doğru: yaxın gələcəkdə elm


Digərləri 18 Fev 2018 22:35:00 274 0

Zərrəcikdən böyük planetə doğru: yaxın gələcəkdə elm

Fərz edək ki, 30 il əvvəlinə qayıtdıq. Dünya tamamilə başqa yerdir. Burada bilinən yeganə planetlər Günəş sistemi planetləridir. İnsanların qaranlıq enerji ilə bağlı anlayışları yoxdur. Kosmik teleskoplar elmi-fantastik ideyadan artığı deyil. Qravitasiya dalğaları təsdiqini tapmamış quru nəzəriyyədir. Kvarklar və leptonlar kəşf olunmayıb, Hiqqs bozonununsa mövcudluğu heç kəsə bəlli deyil. Heç kainatın sürətli genişlənməsinin səbəbi də bilinmir. O vaxtdan 2018-ci ilə qədərki, əslində qısa hesab oluna biləcək bu müddətdə nə dərəcədə sürətli inkişaf yolu keçdiyimizi başa düşə bilirsiniz? Elə isə bundan sonrası necə olacaq? Yaxın gələcəkdə elm nələrə nail olacaq?

Alimlərin növbəti hədəfləri Son.az yasilelm.com-a istinadən bildirir ki, elmi inqilab üçün bütün dünya səy göstərməli olub. Teleskoplar, rəsədxanalar, hissəcik sürətləndiriciləri, neytrin detektorları və qravitasiya dalğaları təcrübələri Yerdə olduğu kimi, kosmosda da aparılır. Cənub qütbündə yerləşən "IceCube", kosmosa buraxılmış "Hubble", "Herschel" və "Kepler", qravitasiya dalğalarını tədqiq edən LIGO və VIRGO, CERN və Böyük Adron Kollayderi - bütün bu əhəmiyyətli kəşflər minlərlə alim, mühəndis və tələbənin birgə əməyi sayəsində ortaya çıxıb. Bəşəriyyətin nə dərəcədə irəliyə addımlamış olduğunu anlamaq lazımdır: son nəsl olan bizlər kainatı indi daha yaxşı anlayırıq, halbuki Nyuton dövrünün sıravi insanları alimlərin dediyini dərk etməkdə çətinlik çəkirdi.

Hissəciklər fizikası Son bir neçə ildə alimlər Hiqqs bozonu, neytrin ağırlığı və T-simmetriya pozulmasını aşkar ediblər. BAK və CERN yüksək enerjilərdə məlumatlar əldə edərək, işlər aparmağa davam edir. IceCube və Pyer Oje adına rəsədxanada yüksək energetikliyə malik kosmik neytrinlər araşdırılır. Yaxın gələcəkdə hazır olacaq Gen 2 və ANTARES kimi rəsədxanalar köməyilə isə məlumat əldə olunması prosesi on qat sürətləndiriləcək və yekunda ifrat yeni ulduzlardan və ya neytron ulduzların qovuşmasından kosmosa yayılan neytrinlər tapılacaq.

"IceCube" neytrin rəsədxanası Bu təcrübələrin əhəmiyyətini lazımınca dəyərləndirməliyik. BAK qurğusu ümumi iş prosesində toplamalı olduğu məlumatın cəmi 2%-ni əldə edə bilib. Bununla yanaşı yaxın gələcəkdə Beynəlxalq xətt kollayderi, yeni nəsl proton kollayderi, hətta lazımi texnologiyalar ərsəyə gətirilsə relyativist myuon kollayderi belə inşa edilə bilər ki, bütün bu texnikaların köməyilə fundamental hissəciklər fizikası sahəsində yeni mərhələyə qədəm qoymuş olarıq. Yəqin ki, necə maraqlı bir dövrdə yaşadığımızın fərqindəyik.

Qravitasiya dalğaları On illərin çətin əməyinin bəhrəsi olaraq astronomiyada yeni qravitasiya dalğası erası başlayıb. Hazırki vaxtda LIGO və VIRGO rəsədxanaları ümümilikdə beş qara dəlik toqquşması və bir neyton ulduz qovuşması faktını qeyd almağa nail olublar. Alimlər bir sıra texniki əvəzləmələrdən sonra isə daha çox sayda faktın qeydə alınacağına söz verirlər. Bu o deməkdir ki, cihazlar növbəti dəfə işə salındıqda daha zəif və uzaq siqnallar ələ keçirilmiş olacaq. Növbəti illərdə Hindistanda KAGRA və LIGO kimi detektorlar işə başlayacaq. İfrat yeni ulduzların qravitasiya dalğaları, pulsarların sayrışması, ikili ulduzların toqquşması və hətta qara dəliklərin neytron ulduzları "canına çəkməsi" kimi çoxsaylı hadisələrin baş verdiyinin şahidi olacağıq.

VIRGO interferometrinin detektoru Lakin qravitasiya dalğalarının axtarışı işi ilə təkcə LIGO məşğul deyil. 2030-cu illərdə fəaliyyətə başlayacaq LISA layihəsi də ağır qara dəliklərdə bu dalğaların tapılmasına, habelə aşağı tezliyi olan obyektlərdən yayılan dalğaların qeydə alınmasına köməklik edəcək. LIGO-dan fərqli olaraq, LISA-nın siqnalları bu tip kosmik qovuşmaların harada və nə vaxt baş verəcəyini proqnoz etmək və nəticədə optik teleskopları bu "əlamətdar" hadisələri qeydə almaq üçün müəyyən olunmuş istiqamətlərə çevirmək üstünlüyü qazandırır. Beləliklə də astrofizika daxilində başqa bir bütöv sahə yaranmış olacaq.

Astronomiya və astrofizika Astronomiyada yeni olan hər şey nədən başlayır? Sizə elə gəlmir ki, müasir missiyalarımız bir o qədər də mənzərəli deyil? Yeri, havanı və kosmosu əhatə edən eksperimentlər daim yenilənir, texnikalar daha güclü cihaz və alətlərlə təchiz edilir, yeni kosmik missiyalar planlaşdırılır. Təzəlikcə start götürmüş Swift, NuSTAR, NICER və CREAM kimi missiyalar energetik kosmik şüalardan tutmuş neytron ulduzların nüvələrinə qədərki bir çox şeyi əhatə edən mövzulara yeni qapı açır. Cari ilin sonunda buraxılacaq TESS aparatının olduqca maraqlı vəzifəsi var. O, Günəş sisteminə nisbətən yaxın məsafələrdə yerləşən ulduzların ətrafını və sistemlərini öyrənərək, ancaq Yer ölçüsü və böyüklüyündə olan, o cümlədən həyat əlamətlərinə malik ola biləcək ekzoplanetlərin axtarışı ilə özünə məşğulluq tapacaq.