Şəkli yayılan döyülmüş qadın əslində kimdir? FOTO +18


Digərləri 18 Fev 2018 22:08:00 333 0

Şəkli yayılan döyülmüş qadın əslində kimdir?  FOTO +18

Sosial şəbəkələrdə guya Salyan rayonunda yaşayan qadının əri tərəfindən döyülməsi və küçəyə atılması barədə məlumat yayılıb.

MilliAz femida.az-a istinadən bildirir ki, əksər sosial şəbəkə istifadəçiləri məsələnin kökünü bilmədən həmin hadisəni törədən şəxs haqqında mənfi rəylər, təhqirlər yazmağa başlayıb. Hətta bu hadisəyə görə yerli polis əməkdaşlarını ciddi qınayanlar da olub.

Məlum olur ki, Salyanda baş vermiş olay kimi təqdim olunan həmin hadisə əslində 2017-ci ilin martında Mərakeşin Kasablanka şəhərində olub. Fotoda əks olunan qadın ərinin ikinci evliliyinə etiraz etdiyi üçün bu hala salınıb. Qeyd olunan məsələ hələ bir il öncə dünya mətbuatının gündəmini silkələmişdi.


Xəbərə aid fotolar