Canavarlar Çuxur Qəbələ kəndində hücum edib,


Digərləri 18 Fev 2018 21:07:00 298 0

Canavarlar Çuxur Qəbələ kəndində hücum edib,

Qəbələdə canavarlar şəxsi təsərrüfata hücum edib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Qəbələ rayonunun Çuxur Qəbələ kəndində gecə saatlarında baş verib. Əsgər Abdurrəhmanov gecə gələn səs -küyə ayılıb. Tövləyə baxanda qoyunların tələf olduğunu görüb. Canavarlar tövləyə soxularaq 42 baş xırdabuynuzludan 24-ü parçalayıb.

Yerli sakinləri deyir ki, kənddə belə hallar tez-tez baş verir. Qəbələ rayon Baytarlıq İdarəsinin əməkdaşları hadisə yerinə gəliblər. 24 baş cəmdək basdırılıb. Qalan qoyunlara yardım göstərilib, ərazi dezinfeksiya olunub.


Xəbərə aid video