Problem yaradan işçinin 9 əlaməti


Digərləri 18 Fev 2018 20:35:00 288 0

Problem yaradan işçinin 9 əlaməti

• İşdəki performansınızı dəyərləndirmək hər zaman asan olmur.

• Faktiki olaraq, siz lazım olandan daha aşağı səviyyədə çalışırsınız və sizin bundan xəbəriniz yoxdur.

• Əgər bu əlamətlərdən bir neçəsini özünüzdə görürsünüzsə, o zaman özünüzə uyğun bir işə keçmək haqqında düşünün.

Bəzi işçilər digərlərindən yaxşıdır.

Pis işçi olmaq sizin pis insan, tənbəl və ya professional olaraq uğur qazanmaq qabiliyyətində olmadığınız anlamına gəlmir. Siz şirkətin mədəniyyətinə uyğun olmaya bilərsiniz. Sizin işləmək üslubunuz rəhbərlə uyğun olmaya bilər. Bəlkə də, siz yanlış sektordasınız.

Əgər yaxşı iş görmədiyinizi hiss edirsinizsə, deməli, nəyə görə belə olduğunu düşünməli və situasiyanı düzəltmək üçün addımlar atmalısınız.

Bu addımları atmamışdan öncə pis işçi olub-olmadığınızı müəyyən etməlisiniz.

Son.az moneta.az-a istinadən problemli işçi olmaqla bağlı 9 əlaməti təqdim edir:

Siz dəqiq deyilsiniz.

İclaslara gecikirsinizsə və ya işə müxtəlif vaxtlarda gəlirsinizsə, müntəzəm gecikmələr sizin insanların vaxtına hörmət etmədiyiniz anlamına gəlir.

Siz tez-tez bəhanələr edirsiniz.

Latın dilində bir deyim var: "Excusatio non petita accusatio manifesta." Bunun tərcüməsi təxminən belədir: "Özünü haqlı hesab edən, özünü ittiham edəndir". Heç bir zaman bacarıqsızlığınıza görə bəhanələr gətirməyin.

Siz minimum iş görürsünüz.

Siz sadəcə işdən qovulmamaq üçün lazım olduğu qədər işləyirsiniz. Siz heç kəsi bu davranışınızla aldatmırsınız. Bu, pis iş etikası ilə nüfuzunuzu məhv etmək riski ilə qarşı-qarşıya qoyursunuz.