Azərbaycan Estoniyanın şərq bazarlarına çıxışına kömək edə bilər (ÖZƏL)


Digərləri 18 Fev 2018 08:01:00 277 0

Azərbaycan Estoniyanın şərq bazarlarına çıxışına kömək edə bilər (ÖZƏL)

Estoniya Azərbaycanı İran, Yaxın Şərq və Hindistan bazarlarına çıxış üçün potensial dəhliz qismində nəzərdən keçirir.

Bakı. Azad Həsənli - Estoniya Azərbaycanı İran, Yaxın Şərq və Hindistan bazarlarına çıxış üçün potensial dəhliz qismində nəzərdən keçirir. Bunu Trend-ə eksklüziv müsahibəsində Estoniya İqtisadiyyat və Kommunikasiya Nazirliyinin iqtisadi inkişaf üzrə vitse-kansleri Vilyar Lubi deyib. Onun sözlərinə görə, Estoniyanın dəmir yolu şirkətləri və limanları Azərbaycanın dəmiryol qurumu və Bakı Beynəlxalq dəniz ticarət limanı ilə yaxşı münasibətlərə malikdir: "Hazırda Estoniya Skandinaviya, Yaxın Şərq və Mərkəzi Asiya arasında nəqliyyat dəhlizinin açılması üzərində işləyir. Bu kontekstdə Estoniya Bakı ilə Tehran arasında əməkdaşlığın inkişafını diqqətdə saxlayır".