Venesuelada təyyarə evin üzərinə düşüb, 1 nəfər yanaraq ölüb


Dünya 18 Fev 2018 06:58:28 259 0

Venesuelada təyyarə evin üzərinə düşüb, 1 nəfər yanaraq ölüb

Ölən şəxs təyyarənin məxsus olduğu şirkətin sahibidir

Şənbə günü Venesuelanın Bolivar ştatında kiçik təyyarənin yaşayış evi üzərinə düşməsi nəticəsində bir nəfər həyatını itirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Venesuelanın Mülki Müdafiə Xidməti məlumat yayıb.

"Cessna" təyyarəsi evin üstünə Südad-Bolivar şəhərində düşüb. Ardınca hadisə yerində yanğın başlayıb.

Xilasedicilərin ilkin məlumatına görə, təyyarənin pilotu yaralanıb, onun sərnişini - təyyarənin məxsus olduğu şirkətin sahibi alovda yanaraq ölüb.