Anosmiya xəstəliyi nədir?


Digərləri 17 Fev 2018 23:55:00 366 0

Anosmiya xəstəliyi nədir?

İnsan dad və iy bilmək qabiliyyətini itirərsə həyat ona maraqsız hala gələr. Təəssüf ki, hər 100 nəfərdən beşi bu problemlə üzləşir.

Son.az immunitet.az-a istinadən bildirir ki, türkiyəli qulaq-burun-boğaz mütəxəssisi Melih Çiçək anosmiya xəstəliyi haqqında danışıb:

"Dad və qoxu duyumu yaşamağın mühüm parçasıdır. Anosmiya xəstələrinin bir çox restoranlardan üz döndərirlər. Həyatda çətinliklə üzləşirlər. Bəzən qoxu qabiliyyətinin itkisinin səbəbi tapılmır. Ən çox yayılan səbəbləri isə aşağıdakılardır:

Baş yaralanması

Ağır infeksiyalar, soyuqlama və ya qrip

Allergiyalar, sinüzit

Fiziki anormallıqlar

Bəzi dərmanlar

Hormonal problemlər

Diş və ya ağız problemləri

Kimyəvi maddələrə məruz qalmaq

Narkotikadan istifadə

Siqaret çəkmək