Osteoartrit xəstəliyi nədir?


Digərləri 17 Fev 2018 23:40:00 321 0

Osteoartrit xəstəliyi nədir?

Osteoartrit, xalq arasında bilinən adı ilə daşlaşma, oynaqlarda qığırdaq toxumasının quruluşunda pozğunluq, qığırdaqda nazikləşmə, yeyilmə və təxribatın ortaya çıxdığı ən çox görülən oynaq xəstəliyidir.

Son.az immunitet.az-a istinadən bildirir ki, ən çox ayaq, bud, əl biləyi və onurğada görülür. Oynaq qığırdağı və altındakı sümük bütövlüyünün pozulmasına səbəb olan çox müxtəlif amillər nəticəsində ortaya çıxan simptom və klinik müayinə ipucları ilə xarakterizə olunan bir xəstəlikdir. Adətən orta yaşlarda daha çox rastlanan osteoartrit xüsusilə bud nahiyyəsində ortaya çıxdığı zaman insan vücudunun hərəkət qabiliyyətinə mənfi təsir edir. Eyni anda sümük sisteminə təsir göstərir.

Bud sınığı, sümük qırılması və travma nəticəsində zədələnmələr zamanı da bu xəstəlik meydana çıxa bilər. Daşlaşmanın ölçüsünə görə, müəyyən ağrılar yarana bilər. Ağrılar artdıqca artıq şiddəti da güclənir.

Osteoartrit xəstəliyinin diaqnozu necə qoyulur?

Bu adətən Usm müayinəsi, radioşüalanma vasitəsilə təsdiqlənir. MRT, rentgenin köməkliyi ilə müalicəsinin də necə aparılmalı olduğunu dəqiq müəyyən edilir.

Müalicəsi varmı?