Moskvanın uşaq bağçasında 87 uşaq zəhərlənib


Dünya 17 Fev 2018 23:17:00 357 0

Moskvanın uşaq bağçasında 87 uşaq zəhərlənib

Onlardan beş nəfəri xəstəxanaya yerləşdirilib

Moskva şəhərinin uşaq bağçalarından birində valideynlər 87 uşağın zəhərləndiyini bildiriblər.

Son.az "Report"a istinadən bildirir ki, uşaqlarının sağlamlığına görə narahat olan valideynlər məsələnin araşdırılmasına prokurorluq orqanlarını cəlb etmək istəyirlər.

"Nahar vaxtı uşaqlar eyni zamanda özlərini pis hiss ediblər. Kəskin əlamətlər - qusma, qarı ağrısı, bəzilərində qızdırma. Hamı uşağını götürməyə getdi. Mənim uşağımın vəziyyəti axşamtərəfi pisləşdi - hərarəti 39,5 dərəcəyə qalxdı", - deyə uşaqlardan birinin anası danışıb.