Vəfat edən insanlarda xərçəng dərmanı aşkarlandı


Digərləri 17 Fev 2018 22:25:00 238 0

Vəfat edən insanlarda xərçəng dərmanı aşkarlandı

ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri hantinqton xəstəliyindən əziyyət çəkən xəstələrdə xərçəng riskinin 80 faiz aşağı düşdüyünü müəyyən edib.

Məlum olub ki, şişli hüceyrələr sinir hüceyrələrini zədələyən hantinqton zülalının qüsurlu formasına qarşı həssasdır.   Son.az medicina.az-a istinadən bildirir ki, bu barədə "MedicalXpress" pres-relizində bildirilir.

Hantinqton xəstəliyi - HTT genində CAG nukleotid tripletlərinin çoxalmasından qaynaqlanan və hantinqtinləri kodlaşdıran genetik sinir sistemi xəstəliyidir. Nəticədə zülalda qlutamin aminoturşusunun həddindən artıq çoxluğu müşahidə olunur.

Bu striatumun - kəllə beynin hərəkətverici reaksiya və şərti reflekslərə nəzarət edən hissəsinin atrofiyasına yol açır, sonrakı mərhələlərdə isə beyin qabığının zədələnməsi müşahidə edilir.