Xora xəstəliyinin xalq təbabəti üsulları ilə müalicəsi


Digərləri 17 Fev 2018 21:45:00 515 0

Xora xəstəliyinin xalq təbabəti üsulları ilə müalicəsi

İlk növbədə demək lazımdır ki, mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi çox ciddi və mütləq şəkildə müalicə tələb edən xəstəlikdir.

Müalicə olunmayan xora xəstəliyi çox ağır fəsadlar verə bilər.

Son.az saglamolun.az-a istinadən bildirir ki, xora xəstəliyinin əsas simptomlardan biri ağrılardır. Xəstə mütləq qastroenteroloqa müraciət etməli, lazım olan müayinələrdən keçməli və müalicə almalıdır. Bu xəstəlik zamanı pəhriz də böyük müalicəvi rol oynayır.

Xora xəstəliyi zamanı bəzi xalq təbabəti üsullarından istifadə edilməsi çox yaxşı effekt verir. Bunu ənənəvi tibb də təsdiq edir və müalicə zamanı istifadə edir. Nəzərinizə çatdıraq ki, bütün bu üsullar yalnız əsas müalicə ilə birlikdə və yalnız müalicə həkimi ilə məsləhətləşdikdən sonra istifadə oluna bilər.

Beləliklə, xora xəstəliyi zamanı bu kimi xalq təbabəti vasitələri istifadə oluna bilər:

- Yulaf mədənin və 12 barmaq bağırsağın selikli qişasını çox uğurla müalicə edir. 1 stəkan yulaf 2,5 l qaynar su əlavə olunur və vam odda qarışdıra-qarışdıra 45 dəqiqə ərzində bişirin. Alınmış duru selikli mayeni (kisel) gün ərzində için. Kiselə bal da əlavə etmək olar. Belə kisel həm də müxtəlif vitamin və mikroelementlərlə də zəngindir.

- Yulaf yarmasından ("herkules") olan sıyıqlar da xora xəstəliyi olan insanlar üçün çox xeyirlidir. Axşamdan yulaf yarmasını suda isladın, səhər vam odda bişirin və bir qədər kərə yağı və bal əlavə edib qəbul edin.

- Kətan toxumları selikli qişada olan xoraları və eroziyaları uğurla sağaldır. Kətaə toxumlardan duru kisel bişirin və gün ərzində 2-3 stəkan olmaqla için.

- Kalendula və çobanyastığı dəmləmələri də çox yaxşı müalicəvi effekt verir. Bu bitkilər güclü antiseptik təsirinə malikdir. Çobanyastığı həm də sakitləşdirici təsirə malikdir (xora xəstəliyin səbəblərindən biri uzunsürən stresslər, həyacanlamalar qeyd olunur).