Azərbaycan kəndində qəribə adət:


Digərləri 17 Fev 2018 21:26:00 277 0

Azərbaycan kəndində qəribə adət:

İndi sizə maraqlı bir kənddən bəhs edəcəyik. Beləki, bu kənddəki bütün evlərin darvazısını köhnə ayaqqabı və heyvan buynuzları bəzəyir.

Köhnə ayaqqabı, müxtəlif heyvanların buynuzları... Bu əşyaların hər biri evlərin darvazalarından asılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu kənd qeyri adi ənənəsinə görə fərqlənir. Maraqlı adət Yevlaxın Varvara kəndində illərdir mövcuddur.yaşayış məntəqəsində əksər həyətlərdə belə əşyalara rast gəlinir.

Kənd sakinləri bunu gözdən, nəzərdən qorunmaq üçün asıldığını deyir. Əgər mənzilin girişində belə əşyalar olmazsa nəzər evə, burada yaşaynlara öz təsirinini tez göstərər.


Xəbərə aid video