"Halal" sertifikatının verilmə qaydası dəyişir VİDEO


Digərləri 17 Fev 2018 21:17:00 277 0

"Halal" sertifikatının verilmə qaydası dəyişir  VİDEO

Azərbaycanda "halal" sertifikatını verən qurum dəyişir. Artıq bu sertifikatı Qida Təhlükəsizliyi Agentliyi verəcək. Üstəlik, sertifikatın verilməsi qaydalarında da dəyişikliklər olacaq.

"Halal" sertifikatının verilmə qaydası dəyişir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu vaxta qədər sözügedən sertifikatı Dövlət Akkreditasiya Xidməti tərəfindən akkreditasiya olunmuş "AzeSERT" sertifikatlaşdırma şirkəti verirdi. Təkrarçılığı aradan qaldırmaq və nəzarətin bir orqan tərəfindən həyata keçirilməsini təmin etmək məqsədiylə artıq halal sertifikatını Qida Təhlükəsizliyi Agentliyi verəcək.

Əvvəllər bu sertifikat maksimum 3 il müddətinə verilirdi. Sertifikat verilərkən məhsulun ölkə daxilində və ya xaricdə satılması əhəmiyyət daşımırdı. Artıq hər ixrac prosesi üçün ayrıca sertifikat almaq lazım gələcək.

Qida Təhlükəsizliyi Agentliyinin Təftiş və Dövlət Nəzarəti şöbəsinin müdiri Balarəhim Quliyevin sözlərinə görə, hazırda halal standartının yerli istehlak üçün verilmə qaydası və sertifikatın etibarlılıq müddəti dəqiqləşdirilir. Əvvəllər məhsulun halal standartına cavab verib-vermədiyini müəyyənləşdirmək üçün onun gigiyenik sertifikatı tələb olunurdu. Artıq hər məhsul üçün ayrıca gigiyenik sertifikat almağa da ehtiyac qalmayacaq.


Xəbərə aid video