Hepatit zamanı qida rejimi


Digərləri 17 Fev 2018 21:20:00 272 0

Hepatit zamanı qida rejimi

Qara ciyərin iltihabi xəstəliyi hepatit adlandırılır. Hepatit müxtəlif səbəblərə görə inkişaf edə bilər - viruslar, dərmanlar, toksik maddələr, zəhərlər və s.

Lakin  səbəbindən asılı olmayaraq bu xəstəliyin müalicəsi zamanı pəhriz əsas rollardan birini oynayır. Bu pəhrizin əsas vəzifəsi qara ciyərin bərpasına kömək etməkdən ibarətdir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, qida tamdəyərli vitamin və mikroelementlərlə zəngin və eyni zamanda orqanizm tərəfindən asan mənimsənilən məhsullardan ibarət olmalıdır:

-       Tərəvəzli suplar, bitki yağları.

-       Bişmiş və ya buğda hazırlanmış yağsız ət növləri - mal əti, dana əti, dovşan əti.

-       Yağsız balıq növləri (bişmiş şəkildə).

-       Süd məhsulları (yağsız kəsmik, kefir, asidofilin və s.).

-       Sıyıqlar -  qarabaşaq, düyü, yulaf yarması.

-       Meyvə və tərəvəzlər (təzə, bişmiş) bu pəhrizin əsas "iştirakçıları" sayılır.