Emal edilmiş qida xərçəng yaradır?


Digərləri 17 Fev 2018 19:11:00 311 0

Emal edilmiş qida xərçəng yaradır?

Fransalı tədqiqatçılar aşırı emal edilmiş qida ilə xərçəng xəstəliyi arasında əlaqənin olduğunu müəyyən ediblər.

Alimlər aşırı emal edilmiş ərzaq növlərinə qızardılmış toyuq tikələri, tort və kütləvi istehsal edilən çörəyi də aid ediblər.

Araşdırmada 105 min adam iştirak edib.

Onun nəticələrinə əsasən emal edilmiş ərzaq istehlakının artması ilə xərçəng riskinə tutulma şansı da artmış olur.

Tədqiqatın nəticələrinə dair ehtiyatlı yanaşma izhar olunur. Ekspertlər sağlam qidalanmanın üstünlüyünü qeyd edir.