"II qrant müsabiqəsinin mövzularından biri Göyçə, Zəngəzur, İrəvan tarixinin öyrənilməsi və təbliğinə həsr olunacaq"


Digərləri 17 Fev 2018 18:15:00 297 0

"II qrant müsabiqəsinin mövzularından biri Göyçə, Zəngəzur, İrəvan tarixinin öyrənilməsi və təbliğinə həsr olunacaq"

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının tezliklə elan edəcəyi 2-ci qrant müsabiqəsinin əsas mövzularından biri XX əsrin əvvəllərində itirilmiş torpaqlarımızın (Göyçə, Zəngəzur, İrəvan) tarixinin, toponimikasının, mətbəxinin və mədəniyyətinin öyrənilməsinə və təbliğinə həsr olunacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev özünün "Twitter" səhifəsində yazıb.

Şura sədri qeyd edib: "QHT-lərə Dövlət Dəstəyi Şurasının tezliklə elan edəcəyi 2-ci qrant müsabiqəsinin əsas mövzularından biri XX əsrin əvvəllərində itirilmiş torpaqlarımızın (Göyçə, Zəngəzur, İrəvan) tarixinin, toponimikasının, mətbəxinin və mədəniyyətinin öyrənilməsinə və təbliğinə həsr olunacaq".