Köhnə smartfonlardan avtomobil akkumulyatorları hazırlanacaq


Digərləri 17 Fev 2018 08:05:00 236 0

Köhnə smartfonlardan avtomobil akkumulyatorları hazırlanacaq

"Samsung SDI" şirkəti avtomobil akkumulyatorlarının buraxılışı üçün smartfonların təkrar emalı proqramını istifadəyə verəcək. Bu barədə şirkətin press-relizində deyilir.

"ICTnews" Elektron Xəbər Xidməti "Life" resursuna istinadən yazır ki, proqramın məqsədi smartfon və avtomobil akkumulyatorlarının hazırlanması üçün istifadə olunan kobalt metalının hasil edilməsindən ibarətdir. Problem ondan ibarətdir ki, metalın qiyməti son vaxtlar kəskin bahalaşıb. Belə ki, son ildə kobaltın qiyməti 235 faiz - maddənin bir tonu üçün 34600 dollardan 81360 dollaradək artıb.

Kobalta tələbat elektromobillərin istehsalının artması səbəbindən yüksəlib. Metal sənayedə yüksək temperatura dözümlüyünə görə qiymətləndirilir. Bu isə akkumulyatorların etibarlığını artırır.

Məlumata görə, bir smartfonun istehsalında 5-10 qramadək, noutbukun - 30 qram, elektromobil batareyası üçün 5-20 kiloqram kobalt istifadə edilir.