Salfet kağızı sağlamlığa dəstək olacaq


Digərləri 17 Fev 2018 07:41:00 260 0

Salfet kağızı sağlamlığa dəstək olacaq

Salfet və oxşar struktura malik tualet kağızı mikroməsaməli sellüloz lifləri və karbon nano borularından ibarət olan nanostrukturlaşdırılmış kompozit materiallardır. Bu, onlara elektrik cərəyanını yaxşı keçirməyə imkan verir və mexaniki təsirlərə qarşı çox həssas edir.

Son.az ICTnews-a istinadən bildirir ki, alimlər müxtəlif xəstəliklərin diaqnostikası üçün sensor istehsal etməkdən ötrü nanokompozit materialın unikal xüsusiyyətlərindən istifadəyə dair qərar veriblər. Onlar salfeti su ilə hopduraraq onu ikitərəfli plastırın köməyi ilə insanın biləyinə yapışdırıblar və ona pyezorezistiv elementlər birləşdiriblər. Ürək döyüntüsünün təzyiqi altında paralel və perpendikulyar yerləşmiş sellüloz lifləri dartılıb ki, bunun sayəsində sensorun həssas elementləri nəbzi ölçə bilib.