Arnold Şvartseneqqer "Kunq Füri" filminin təqlid versiyasında çəkiləcək


Digərləri 17 Fev 2018 05:47:31 142 0

Arnold Şvartseneqqer "Kunq Füri" filminin təqlid versiyasında çəkiləcək

Aktyor ABŞ prezidentini canlandıracaq

Aktyor və Kaliforniya ştatının sabiq qubernatoru Arnold Şvartseneqqer 1980-ci illərin "Kunq Füri" döyüş filminin təqlid versiyasının çəkilişlərində iştirak edəcək.

“Report” xəbər verir ki, aktyor ABŞ prezidenti roluna dəvət alıb.

Ekran əsərində həmçinin "Malibunun xilasediciləri" serialının ulduzu Devid Hasselhov da görünəcək.

Filmin rejissor və prodüseri Devid Sandberdir. Baş rolu Maykl Fassbender ifa edəcək.