Kanadada təyyarə burulğana düşüb, 3 nəfər xəsarət alıb


Dünya 17 Fev 2018 04:07:17 272 0

Kanadada təyyarə burulğana düşüb, 3 nəfər xəsarət alıb

Hava gəmisi geri qayıtmaq məcburiyyətində qalıb

Kanada ərazisində Torontodan Kosta-Rikanın San-Xose şəhərinə uçan təyyarənin burulğana düşməsindən sonra 3 sərnişin xəsarət alıb.

"Reprot" STV telekanalına istinadən xəbər verir ki, "Air Canada" aviaşirkətinə məxsus təyyarənin heyət üzvləri hadisənədən sonra hava limanına geri qayıtmaq barədə qərar qəbul ediblər.

Təyyarə eniş etdikdən sonra xəsarət alanlardan 2-si xəstəxaya yerləşdirilib, daha birinə hava limanında tibbi yardım göstərilib.

Telekanalın məlumatına görə, zərərçəkənlərdə cüzi xəsarətlər var.

Hava gəmisi hadisə nəticəsində zərər çəkməyib.