ABŞ-ın Ədliyyə Nazirliyi 13 rusiyalını, həmçinin "Putinin aşpazı"nı seçkilərə müdaxilədə ittiham edib


Dünya 16 Fev 2018 23:59:16 259 0

ABŞ-ın Ədliyyə Nazirliyi 13 rusiyalını, həmçinin "Putinin aşpazı"nı seçkilərə müdaxilədə ittiham edib

Birləşmiş Ştatlar onların ekstradisiyasına nail olmaq niyyətindədir

ABŞ-ın Ədliyyə Nazirliyi 2016-cı ildə ölkədə keçirilən prezident seçkilərinə dair iş üzrə 13 Rusiya vətəndaşına qarşı ittiham irəli sürüb.

“Report” xəbər verir ki, bu barədə sənəd cümə günü idarənin saytında dərc olunub.

İttiham olunanlar sırasında Rusiya prezidenti Vladimir Putinin "aşpazı" adlandırılan sahibkar Yevgeni Priqojinin də adı var.

Birləşmiş Ştatlar onların ekstradisiyasına nail olmaq niyyətindədir.