İngilis duzunun insan orqanizminə MÖCÜZƏVİ FAYDASI MÜKƏMMƏL NƏTİCƏ


Digərləri 16 Fev 2018 23:39:00 606 0

İngilis duzunun insan orqanizminə MÖCÜZƏVİ FAYDASI  MÜKƏMMƏL NƏTİCƏ

Epsom duzu ən faydalı məhsullardan biridir. İngilis duzu kimi tanınan epsom duzu (maqnezium duzu) - bu maqneziumun hidratli sulfatlarıdır. Mineral su mədənlərindən toplanan bu mineral bir sıra faydalı xüsusiyyətlərilə fərqlənir. İngilis duzu hələ çox qədim zamanlarda təbiblər tərəfindən sümük-oynaq ağrıları, əsəb və dəri xəstəliklərinin müalicəsi üçün istifadə olunub.

Son.az bu yazıda oxucuları bu təbii məhsulun faydaları ilə tanış edir.

Epsom duzunun bir çox yaxşılaşdırıcı xüsusiyyəti var. İngilis duzu bədənin qidasıdır. Birinci növbədə maqnezium duzları əzələləri rahatlaşdırır, yorğunluğu aradan götürür, qan damarların işini yaxşılaşdıraraq ürək-damar xəstəliklərinin yaranma riskini azaldır.

İngilis duzu öz tərkibi sayəsində dərini uzun müddət yumşaq saxlayır. Onu skrab kimi həm tək, həm də duş gelinizə əlavə edib istifdə edə bilərsiniz. Bu daha təhlükəsizdir və dərinin zədələnmə şansı olmayacaq. Epsom duzu eyni zamanda duş gellərinin tərkibinə də qatılır və bir çox məqsədlərlə istifadə edilir.

Saçların yağlanmasını azaldır

Saçlarınız sürətlə yağlanırsa, epsom duzundən istifadə edin. Bunun üçün şampunun tərkibinə bir miqdar bu duzdan əlavə edib saçlarınızı onunla yuyun.

Ayaq baxımı


Xəbərə aid fotolar