​​“Oğlum dedi ki, dədən ölə, nənən ölə oxum​ayacam” Könül Kərimova VİDEO FOTO


Şou-biznes 16 Fev 2018 18:54:00 422 0

​​“Oğlum dedi ki, dədən ölə, nənən ölə oxum​ayacam”  Könül Kərimova  VİDEO  FOTO

Son.az bildirir ki, "ARB Ulduz"un "Şou məkan" verilişinin növbəti qonağı müğənni Könül Kərimova olub. 

Müğənni övladının yeni evində qəribçilik çəkmədiyini, hətta qızının yoxluğunu hiss etmədiyini söyləyib:

"Ləman hər zaman öz otağına çəkilən, qapalı bir qız idi. Ona hərdən sual verirlər ki, sən necə qalacaqsan, rayon hara, sən hara? Elə özü yaxşı bir cavab verir, deyir ki, burda da dörd divar arasındayam, orda da dörd divar arasında oturmuşdum. Nə fərqi var ki? Qızım rahat həyatı sevən bir insan olmayıb. Qızıma da, oğluma da deyirdim ki, ikinizdən biri gəlin mənimlə harasa gedək. Hərəsi bir bəhanə ilə aradan çıxırdılar. Həmişə də incikliyim onun üstündə olub. Ona görə də qızımın evdə olmamasına alışmışam. Birdən Ləmanın adını çəkəndə, kimsə soruşanda, o zaman dərk edirəm ki, qız evdə yoxdur".

Açıqlamasında qızının və kürəkəninin bir-birilərini sevib evləndiyini söyləyən müğənninin qızını məcburi evləndirdiyi şayiələri yayılıb:

"İndi başqa dövrdür axı. Mən qızımı necə məcbur evləndirə bilərəm ki. Yaxınlarım deyirdi ki, bu evliliyə razılıq vermə! Ona görə deyirdilər ki, qız rayona gedəcək, bu mühitdən çıxıb o mühitə necə öyrəşəcək? Müəyyən çətinliklər vardı. Mən yaxşı mənada çarəsiz qaldım. Onlar bir-birlərini sevməyə başladılar. Real bir şey etiraf edəcəm. Çünki bunu bütün rayon, qohum-əqraba bilir. Bu evliliyə ilk mənim istəyim olub. Əvvəlcədən kürəkənim qızımı, qızım da kürəkənimi görməmişdi. Bizim uşaqlar qapalı böyüyüblər. Mən rayona hansısa məclisə gedəndə onlar mənimlə getmək istəməyiblər. Bir gün qızımla kürəkənim məclislərin birində üz-üzə gəldilər. Həmin mərasimdən sonra gördüm ki, qızım bir təhərdir".

Bəziləri buna səbəb kimi Könül xanımın kürəkəninin məclis boyunca gülməməsini əsas gətirsələr də, müğənni onun xarakterinin bu cür olduğunu söylədi:

"Öz məclislərində elə yaxşı gülərüz idi ki. Bu, onun xarakterindən irəli gəlir. Hətta bir dəfə nişanda zarafat da etdim. Gedib yanına dedim ki, ay Orxan, biraz üzün gülsün də. Elə bilərlər ki, qızı sənə məcbur vermişəm. Gülür, gülür, sonra görürəm yenə sakit dayanır. Tanısaz, həyatda tamam başqa bir insandır". 


Xəbərə aid foto