Narkotik maddələri qanunsuz saxlamaqda şübhəli bilinən iki şəxs saxlanılıb


Digərləri 16 Fev 2018 17:56:00 254 0

Narkotik maddələri qanunsuz saxlamaqda şübhəli bilinən iki şəxs saxlanılıb

Quba sakinlərindən narkotik götürülüb.

Bakı. Quba sakinlərindən narkotik götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir gündə rayon ərazisində narkotik maddələri qanunsuz saxlamaqda şübhəli bilinən iki şəxs saxlanılıb. Belə ki, Xaçmaz şəhər sakini əvvəllər məhkum olmuş Əli Təhməzov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış zamanı bir ədəd qara rəngli selofan bükümdə narkotik vasitə olan marixuana aşkar olunub. Ekspertizaya təqdim olunan bükülünün ümumi çəkisi 119,094 qram olması barədə rəy verilib.