Mövlud Çavuşoğlu: “Artıq ABŞ-ın bizə vəd, söz verməsini deyil, konkret addımlar atmasını istəyirik”


Dünya 16 Fev 2018 13:38:58 351 0

Mövlud Çavuşoğlu: “Artıq ABŞ-ın bizə vəd, söz verməsini deyil, konkret addımlar atmasını istəyirik”

“Biz ABŞ-dan FETÖ, YPG-yə dəstək məsələsində mövqeyimizi ciddi şəkildə nəzərə almasını gözləyirik”

“Biz ABŞ-dan FETÖ, YPG-yə dəstək məsələsində mövqeyimizi ciddi şəkildə nəzərə almasını gözləyirik”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada ABŞ-ın dövlət katibi Reks Tillersonla birlikdə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir vurğulayıb ki, ABŞ və Türkiyə diplomatları martın ortalarında bir araya gəlib mövcud problemlərin aradan qaldırılması istiqamətində müzakirələri davam etdirəcəklər: “Artıq vəd, söz deyil, konkret addımlar atılmasını istəyirik”.

ABŞ-ın dövlət katibi Reks Tillerson isə deyib ki, rəsmi Vaşinqton Türkiyə ilə əlaqələrinə böyük əhəmiyyət verir: “Bu əlaqələrimizi gələcəkdə də inkişaf etdirəcəyimizə inanıram”.