Deputat: "Cənub Qaz Dəhlizi Azərbaycan iqtisadiyyatının inkişafı üçün ən etibarlı mənbələrdən biridir"


Digərləri 16 Fev 2018 13:17:00 278 0

Deputat: "Cənub Qaz Dəhlizi Azərbaycan iqtisadiyyatının inkişafı üçün ən etibarlı mənbələrdən biridir"

Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan iqtisadiyyatının inkişafı üçün ən etibarlı və dayanıqlı mənbələrdən biridir.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, bu layihə həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, ötən gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Bakıda keçirilən nazirlərin dördüncü toplantısı və iclasdakı çıxışlar layihənin nə dərəcədə əhəmiyyətli olduğunu aydın göstərdi.