Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb, 2 pilot ölüb


Dünya 16 Fev 2018 12:39:44 250 0

Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb, 2 pilot ölüb

Hadisə fevralın 16-da İzmir bölgəsində yerləşən Çiğli təlim mərkəzində baş verib

Türkiyənin hərbi təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 pilot ölüb. 

"Report" "Ahaber"ə istinadən xəbər verir ki, hadisə fevralın 16-da İzmir bölgəsində yerləşən Çiğli təlim mərkəzində baş verib.

Qəza barədə əlavə məlumat yayılmayıb.