Qazaxıstan necə Qazax oldu VİDEO


Digərləri 16 Fev 2018 10:52:31 294 0

Qazaxıstan necə Qazax oldu  VİDEO

GoPro şirkətinin istehsal etdiyi videokameralar dünyaca məşhurdur. Ekstremal və adrenalinli çəkilişlərin əvəzolunmaz "vasitə"si olan bu kameraların istehsalçısının sosial şəbəkələrdəki səhifələri də populyardır.

Dünən GoPro "maraqlı" yanlışlığa yol verib: şirkət Azərbaycanın Qazax rayonu ilə Qazaxıstanı səhv salıb.

Son.az bildirir ki, GoPro-nun Facebook və İnstagram-dakı səhifələrində "Həmin gün biz aşiq olduq" adlı video paylaşılıb. Qazaxıstandakı "Avtobus" qrupunun "Yerin o biri üzündə" adlı mahnısının klipinin çəkildiyi yer kimi Qazaxzıstan yox, Qazax geoteq qismində əlavə olunub. Halbuki rejissor Anton Meleşkeviç bu videoklipi Qazaxıstanda çəkib.