Azərbaycanda uzunömürlülər üzrə laboratoriya yaradıla bilər


Digərləri 16 Fev 2018 10:30:00 313 0

Azərbaycanda uzunömürlülər üzrə laboratoriya yaradıla bilər

Azərbaycanda uzunömürlülər üzrə laboratoriya yaradıla bilər.

Bakı. İlhamə İsabalayeva - Səhiyyə Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) uzunömürlülər üzrə birgə laboratoriyası yaradıla bilər. Trend-in məlumatına görə, bunu AMEA-nın Ümumi yığıncağı və Səhiyyə Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında çıxış edən Akademiyanın prezidenti, akademik Akif Əlizadə deyib. A.Əlizadə bildirib ki, Azərbaycanda uzunömürlü insanların sayı artıb: "Tibb elmi Akademiyada əsaslı şəkildə inkişaf edib, Azərbaycanda çox güclü tibb elmi məktəbləri yaradılıb".