Dünyada hər altı uşaqdan biri...


Dünya 16 Fev 2018 08:38:00 452 0

Dünyada hər altı uşaqdan biri...

Dünyada münaqişə zonalarında böyüyən uşaqların sayı getdikcə artmaqdadır. Bu barədə məlumat beynəlxalq "Save the Children" qeyri-hökumət təşkilatının hesabatında yer alıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hesabatda Yer kürəsində təxminən 357 milyon uşağın, yəni, hər altı uşaqdan birinin böhran və müharibə regionlarında yaşadığı qeyd olunub. Bu isə ötən əsrin 90-cı illərinin əvvəli ilə müqayisədə 75 faiz artım deməkdir.

Hesabatı təqdim edən təşkilatın rəhbəri, Danimarka hökumətinin keçmiş rəhbəri Helle Torning-Şmidt bildirib ki, dünyanın bir sıra regionlarında ölüm, işgəncə, cinsi zorakılıqla qarşılaşmalı olan uşaqların evləri, məktəb və oyun sahələri bu gün döyüş meydanlarına çevrilib. Hesabatda qeyd edilən uşaqların tam yarısı xüsusilə ağır münaqişə zonalarında (Suriya, Əfqanıstan, Somali) yaşayırlar. Fiziki və cinsi zorakılıqla yanaşı, uşaqların əsgər kimi müharibələrə səfərbər edilməsi də ən acınacaqlı problemlər sırasındadır.