Əri istədi deyə özünü tanınmaz hala saldı FOTO


Digərləri 16 Fev 2018 00:45:00 299 0

Əri istədi deyə özünü tanınmaz hala saldı  FOTO

Çoxsaylı plastik əməliyyatlardan sonra "Pişik qadın" adı ilə tanınan 77 yaşlı Coselin Vildenşteyndən xəbər var.

Son.az axşam.az-a istinadən bildirir ki, bu günə qədər əməliyyatlarına 5 milyon sterlinq xərcləyən Coselin bundan sonra da bıçaq altına uzanmaq fikrindədir.

Dizayner Lloyd Klyanla ailə qurmağa hazırlaşan qadın üzündə daha bir neçə estetik əməliyyat etdirmək istəyir.

Qeyd edək ki, Vildenşteyn illər əvvəl ərinin çox sevdiyi pişiklərə bənzəməkdən ötrü plastik cərraha müraciət edib. O, üst və alt göz qapağı əməliyyatı, qaş qaldırma, üz dartma, dodağı gellə doldurtma, çənə böyütmə, yanaq implantları kimi estetik əməliyyatlar edib. 


Xəbərə aid fotolar