İşdən evə qayıdan gəncə amanasızlıq –


Digərləri 15 Fev 2018 23:54:00 257 0

İşdən evə qayıdan gəncə amanasızlıq –

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Xocahəsən qəsəbəsində 1992-ci il təvəllüdlü Hüseynağa Hüseynov bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hüseynağa Hüseynov dünən axşam saatlarında işdən evə qayıdarkən yolda naməlum şəxslə mübahisə edib. Mübahisə əlbəyaxa davaya çevrilib və bıçaqlanma ilə nəticələnib.