İranda casus şəbəkəsi aşkarlanıb


Dünya 15 Fev 2018 23:31:00 264 0

İranda casus şəbəkəsi aşkarlanıb

İranda casus şəbəkəsi aşkar edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Tehran şəhərinin prokuroru Abbas Cəfəri Dövlətəbadi keçirdiyi mətbuat konfransında deyib ki, həbs olunanlar İran əleyhinə casusluqda şübhəli bilinirlər və onların fəaliyyəti ciddi şəkildə araşdırılır.

O qeyd edib ki, ekoloji problemlərlə məşğul olmaq adı altında İrana daxil olanlar strateji müəssisələrin yaxınlığında kameralar qurub müşahidə aparıblar. Onların məqsədləri İranın raket proqramı haqqında məlumat toplayıb xarici dövlətlərin kəşfiyyat orqanlarına ötürmək olub.