Məhkəmə Saday Şəkərlinin azadlığa buraxılması ilə bağlı müraciətini


Digərləri 15 Fev 2018 23:38:00 237 0

Məhkəmə Saday Şəkərlinin azadlığa buraxılması ilə bağlı müraciətini

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan, hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilən yazıçı-şair Saday Şəkərlinin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətə baxılıb.

Son.az Trend-ə istinadən bildirir ki, Nizami rayon məhkəməsinin hakimi Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə müraciət araşdırılsa da, təmin edilməyib.

Hakim bildirib ki, S.Şəkərlinin cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azaldılıb və ona görə də təqsirləndirilən şəxs azadlığa buraxıla bilməz.

Xatırladaq ki, S.Şəkərli vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Nizami rayon Məhkəməsinə müraciət etmişdi. Təqsirləndirilən şəxs müraciətində ailə vəziyyətinin ağırlığını, səhhətində ciddi problemin olmasını əsas gətirib.