Azərbaycan nefti bahalaşıb


Digərləri 15 Fev 2018 23:26:00 242 0

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 14-də 64,7 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,01 dollar/barel çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 14-də 64,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 14-də 59,86 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,86 dollar/barel çoxdur.