Orqanizmdə yod əskikliyinin


Digərləri 15 Fev 2018 22:05:00 342 0

Orqanizmdə yod əskikliyinin

Yod insan orqanizmi üçün həyati vacib mineraldır. Yod qalxanvari vəzi hormonlarının sintezində böyük rol oynayır.

Bu hormonlar orqanizmin bir çox vacib funksiyalarına təsir edir. Yodun çatışmazlığı qalxanvari vəzinin fəaliyyətini pozur, hipotireozun inkişafına səbəb olur.

2017-ci ildə keçirilmiş araşdırma göstərib ki, dünyada yaşayan insanların 1/3 hissəsində yod çatışmazlığı mövcuddur.

Son.az saglamolun.az-a istinadən sizə orqanizmdə yod əskikliyinə işarə edə bilən 8 simptom təqdim edir.

1. Bədən çəkisinin kəskin və "səbəbsiz" artması.

Əgər insan qidalanmada heç bir dəyişiklik etməyibsə, lakin buna baxmayaraq onun çəkisi artırsa, bu yod çatışmazlığına işarə edə bilər.  

2. Zəiflik hissi.

Yod çatışmazlığı zamanı metabolizm zəifləyir ki, orqanizm qidadan daha az enerji alır. Nəticədə insan zəiflik hiss etməyə başlayır.

3. Səbəbsiz yorğunluq.

İnsan normal dincəlir, lakin buna baxmayaraq daim özünü yorğun hiss edirsə, bu yod əskikliyinə işarə edə bilər.

4. Saçların tökülməsi.