Abituriyent seçim etməkdə sərbəst olacaq


Digərləri 15 Fev 2018 21:34:00 317 0

Abituriyent seçim etməkdə sərbəst olacaq

Ali təhsil müəssələrinə qəbulu qaydalarında dəyişiklik edilib. Yeni qaydalara əsasən abituriyentlər yaz və yay qəbul imtahanlarında fərqli qruplar üzrə imtahan verə biləcəklər. Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərin isə qəbul imtahanında iştirakına ehtiyac qalmayacaq. Onlar buraxılış imtahanın nəticəsinə əsasən ixtisas seçəcəklər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, universitetə qəbul olmaq istəyənlərin seçim imkanları artırıldı. Nazirlər Kabineti tərəfindən təsdiqlənən yeni qaydalara əsasən yaz və yay qəbul imtahanlarında iştirak edən abituriyentlər fərqli qruplar üzrə imtahan verə biləcəklər.

Yəni abituriyentlər 2 imtahanda iştirak etməklə, ümumilikdə 3 ixtisas qrupuna aid olan ixtisasları seçə bilərlər.

Digər dəyişikliyə əsasən isə xüsusi qabiliyyət tələb edən ixtisasları, yəni V ixtisas qrupunu seçən abituriyentlərin qəbul imtahanda iştirakına ehtiyac qalmayacaq. Onlar buraxılış imtahanın nəticəsinə əsasən ixtisas qrupu seçəcəklər.


Xəbərə aid video